Jurnalistdən Elçibəyə tikanlı sual: Yenə də? - Cavab “öldürücü” oldu

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 1997-ci ilin 30 Oktyabrında Bakıya döndükdən sonra yenidən siaysi səhnəyə qayıtdı və Azərbaycan müxalifətinin liderinə çevrildi. Həmin illərdə “Şərq” qəzeti ölkə jurnalistlərinin Əbülfəz bəyə vermək istədikləri sualları toplayıb ona ünvanlayır.

Tanınmış jurnalist Əziz Rzazədənin Ə.Elçibəyə lakonik eyni zamanda tikanlı sualı diqqət çəkir. Jurnalist soruşur:

- Əbülfəz bəy, yenə də?

Bəy isə jurnalistin sualına atalar sözü ilə tutarlı cavab verir: 

-“İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana”.  

Mənbə: "Şərq" qəzeti, arxiv.