Koronadan sağalanların nəzərinə ! - Yenə yoluxa bilərsiniz  

İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində  koronavirus (Covid-19) diaqnozu qoyulmuş ümumilikdə 123 səhiyyə işçisinin antikor səviyyəsi və qorunma dövrü ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. "Sherg.az" "Haber Global"a istinadən xəbər verir ki,  nəticələrə görə, xəstəliyə tutulan səhiyyə işçilərində ən yüksək antikor səviyyəsinin 4-6-cı həftələrdə əldə olunduğu təyin edilib.

Prof. Dr. Zafer Kurugöl xəstəlikdən xilas olanlarda meydana gələn qoruyucu antikorun daha uzun müddət təsirli olmağa davam etdiyini deyib:

"Şiddətli bir Covid-19 kursu keçən professorlarımızdan birində 1 illik müddətə baxmayaraq antikor səviyyəsinin yüksək olduğunu gördük. Ancaq bu vəziyyət hamı üçün eyni deyil. Xəstəlik sonrası ortalama antikor qorunma müddətinin beş və ya altı aydan çox davam etməyəcəyi elmi dünyanın ümumi fikridir. Xəstəlikdən xilas olanlar "Covid-19 keçirmişəm, heç bir şey olmaz" dedikləri anda ikinci dəfə xəstəliyə yoluxa bilərlər".

Prof. Dr. Osman Erk aparılan tədqiqatları dəyərləndirib. 

Belə ki, o, ağır xəstələrdə əmələ gələn qoruyucu antikorun bədəndə 6-9 ay arasında təsirini göstərdiyini bildirib:
"Yüngül bir virus yükü götürərək xəstəlikdən xilas olanlar üçün müddət 3-4 ay arasında dəyişir. Bu səbəblə xəstəliyi yüngül keçirdənlər qoruyucu antikorların meydana gəldiyinə inanıb qətiliklə maska ​​və məsafə qaydasını pozmamalıdırlar.
Xəstəliyi yüngül keçirən vətəndaşların 4-cü aydan sonra peyvəndlənməsini tövsiyə edirik".