Xanəndə razılaşmır:"Pərvin “İtkin Gəlin”də rol ala bilməz"

“O vaxt “İtkin gəlin” serialı var idi. İndi isə  bir telekanalda gündə 4 serial yayımlanır. Birinə də baxa bilmirsən”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Heç vaxt, heç yerdə” verlişində xanəndə İlkin Əhmədov deyib. O aparıcının “Status yazılmışdı ki, “İtkin gəlin” yenidən çəkiləcək və Pərvin Abıyeva da rol alacaq. Sizcə, o aktrisa həmin serialda obraz canlandıra bilərmi?” sualına belə cavab verib:
“P.Abıyeva “İtkin Gəlin”də rol ala bilməz. Tamaşaçı kimi fikrimi bildirirəm. Bu, qeyri-mümkündür”.