Baydenlə Zelenski danışdı: Ukrayna tək deyil

ABŞ prezidenti Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında ilk telefon danışığı olub.
“Sherg.az” TASS-a istinadən bildirir ki, bu barədə Ağ evin mətbuat xidmətindən məlumat verilib. Söhbət zamanı Bayden Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyib.
Eyni zamanda ABŞ lideri Ukraynada islahatların aparılmasında, korrupsiyaya qarşı mübarizənin güclənməsində strateji tərəfdaşlığa sadiq qalacağını ifadə edib.
Tərəflər, həmçinin koronavirusa qarşı birgə mübarizə, demokratiyanın regionda geniş vüsət alması yollarını müzakirə ediblər.