Ukrayna ilə sərhəddə Rusiya hərbi təyyarəsi - Gərginlik şiddələnir + Video

Ukrayna və Moskva arasında gərginlik artmaqdadır. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi döyüş helikopterlərinin Ukrayna sərhədində göründüyü iddia edilir. "Sherg.az"  türk mətbuatına istinadən xəbər verir ki, sürətlə yayılan görüntülərdən sonra Ukrayna Dövlət Sərhəd Agentliyinin rəhbəri Andriy Demçenko açıqlama verib:
"Tamamilə Ukrayna ilə sərhəddə deyildi, ancaq sərhəddən kənar bir bölgədə görünmüş ola bilər. Bəzi şahidlərin ifadələrinə görə, görüntülər Rusiya Federasiyasının Rostov bölgəsində qeydə alınıb".