Əndrəbadi ad !- Körpəyə də “kabab” adı verilərmi?! - Foto

Əndrəbadi adlara aludəlik təkcə bizim camaatda deyilmiş. Dünyada körpələrinə əcaib-qəraib ad qoyanlar çoxmuş. Bir dünya gözəli bu günlərdə adından sitəm etməsi ilə gündəmə gəlib.
Söhbət  Türkiyənin illərlə sevilən komedi proqramı “3 Adam”ın əsas simalarından biri Esər Yenənlərin həyat yoldaşı, Türkiyə gözəli seçilmiş Berfu Yenənlərdən gedir. Gözəlliyi ilə göz qamaşdıran bu xanımın əsl adı, yəni göbək adı təxmin edə bilməssiniz, nə imiş. “Kabab”! Həm də “Ev kababı”! Sonradan göbək adını dəyişdirən Berfu Yenənlər ikinci körpəsini bu günlərdə dünyaya gətirib.

Həyat yoldaşı və iki oğlu ilə xoşbəxt ailə fotolarını paylaşan Türkiyə gözəli körpə ikən ona verilən “Beytiyyə” adına görə valideynlərinə çox əsəbiləşdiyini deyib.

“Beytiyyə, kabab, həm də ev kababı deməkdir. Bu adı mənə tibb bacısı verib. Valideynlərim də qəbul ediblər.

Onlara çox qırğınam”. Məsələ burasındadır ki,  Beytiyyə ərəb mənşəli sözdür və mənası “evə bağlı”, “ev adamı” deməkdir. Sadəcə, Türkiyədə bu addan kababçılar “ev yeməyi təklif edilir” anlamında istifadə etmişlər.

Təklif etdikləri, bildiyimiz  kabab  daha çox müştəri toplasın deyə, “ev kababı” adlandırmışlar. Bizimkilər kafelərə “qazan yeməkləri”, “ev yeməkləri” ifadələrini yazıb müştəri cəlb etməyə çalışdıqları kimi. Eser Yenənlərlə Berfu Yenənlər ad məsələsində ciddi davranıblar. Birinci övladlarının adı Quzey, ikincininki Metedir.

Əsl türk adları. Eser Yenənlər də sosial media üzərindən etdiyi paylaşımda “artıq evdə 3 Esər var: orjinal Esər, qıvırcık Eser, küçük əmmi Esər. Gəl bunlarla baş et, görüm!” yazıb.