“Ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə "tanış" oldum" - Ələsgər Məmmədli 

"Təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımdır...”

“Sadəcə bizdə deyil, dünyanın bir çox yerində pandemiya təhsilə ciddi zərbə vurub. Bir ingilis araşdırmasında qeyd olunurdu ki, təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımdır...”

“Sherg.az”ın xəbərinə görə, bunu media üzrə hüquqşünas Ələsgər Məmmədli Feysbukda yazıb. 

Ekspert vurğulayıb ki, COVİD-in yayılmasında məktəblər də ciddi rol oynayır: 

“Mənim də çox ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə "tanışdım". Unutmayaq, virusun yeni ştammı daha təhlükəli və öldürücüdür. Hər gün rəsmi statistikaya baxdıqda 20-30 insan itiririk. Halbuki hamımız bilirik ki, istər yoluxma, istər ölüm statistikaya daxil olan rəqəmlərdən xeyli çoxdur. Təhsildə gecikməni, əksikləri zamanla bərpa etmək mümkündür. Lakin həyatını itirən dəyərli insanları bir daha geri gətirmək mümkün deyil. İnsan həyatı mı, üz-üzə təhsil mi seçimi qarşısında  qalarkən mən insan həyatını seçərdim. Təhsil Nazirliyinin qərarlarını bu baxımdan doğru hesab edirəm”.