Dünyanın ən böyük mağarası: Sentyabrdan marta qədər çox təklükəli olur

Mərkəzi Vyetnamda yerləşən Şondonq mağarası hazırda dünyanın ən böyük mağarası hesab edilir. 

Sherg.az xəbər verir ki, o Vyetnam-Laos sərhədinin yaxınığında olan Kuanqbin vilayətində Fonqnya-Kebanq milli parkının mərkəzində yerləşir.

Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 200m, eninin isə 150 m çatdığı müəyyən olunub. Unikal mağaranın ümumi həcmi isə 38.5 milyon  m³ təşkil edir. O, Malayziyada yerləşən Maral mağarasından 5 dəfə böyükdür.

Cəngəlliyin dərinliyində yerləşən mağaranı ilk dəfə 1991-ci ildə yerli sakin Xo Xan tərəfindən aşkar edilmişdir, lakin içəridən gələn su axını və böyük eniş onu daxildən araşdırmağa imkan verməmişdir. Ancaq 2009-cu ildə Vyetnamda Hovard Limbertin başçılığı altında britaniya alimləri qrupu Şondonqu aşkar etmək və uğurla öyrənməyə nail oldu, bundan sonra onlar dünyanın ən böyük mağarasının rəsmi açılışını elan etdilər.



“Hang Son Doong” vyetnam dilində “dağ çayı mağarası” kimi tərcümə olunur. Orada həqiqətən sürətli axını olan yeraltı çay var ki, bəzən mağaranın müəyyən hissələrində uçqunlar yaradır. Bundan başqa orada mağaranın özünün cəngəlliyi, iqlimi və hətta böyük temperatur fərqindən formalaşan həqiqi buludları da var. Nəhəng yeraltı boşluğun iki böyük pəncərəsi işığın onun əksər hissəsinə keçməsinə imkan verir, bunun nəticəsində isə 3 metrlik ağaclarla dolu olan cəngəllik formalaşır. 
2013-cü ilin avqust ayının əvvəllərində Şondonqa ilk turistik tur təşkil edildi. Mağaranın içərisinə düşmək üçün ip ilə 80 metr yeraltı dərinliyə enmək tələb olunur. Turistlər orada düşərgə salaraq yeraltı mağara labirintində və ya tonqal kənarında rahat oturaraq vaxt keçirirlər. Sentyabrdan marta qədər mağaraya giriş bağlı olur, çünki bu zaman yağış dövrü olur ki, bu da çox təhlükəlidir.


“Sơn Đoòng” adlanan düynanın ən böyük mağarası özünə BBC, National Geographic kimi kino şirkətləri, həmçinin yapon və braziliya komandalarını cəlb edir. O 2011-ci ildə National Geographic məşhur jurnalında dərc olunmuşdur.
Şondonq nəinki özünün heyranedici ölçüləri ilə məşhurdur, həmçinin bütün planet üzrə ən yaxşı mağara forması nümunəsinə malikdir. Burada maraqlı qədim fosillər, sarkıt və 70m-ə qədər hündürlüyə malik dünyanın ən hündür satlaqmitlərinə rast gəlmək olar. Xüsusilə heyranedici forma “İtin əli” yeri sayılır ki, bunu da Kaktuslar bağı adlandırırlar. Mağarada həmçinin nəhəng əhəng daşı qatına malik mağara mirvarilərinə rastlaşmaq mümkündür.

Şondonqun flora və faunası alimlər üçün əsl tapıntıdır. Mağaranın ərazisində çoxlu sayda nadır bitki nümunələri bitir, bu yaxınlarda isə yeni bitki növləri aşkarlanmışdır. Meymunlar, quş-gərgədanlar və uçan tülkülər – bütün bunlar qeyri-adi yeraltı cəngəllikdə yaşayır.

Unikal mağara 2-5 milyon il davam edən su axını prosesi nəticəsində formalaşmışdır.