Bura dünyanın ən qorxulu yeridir - FOTOLAR

Adanın əhalisi min illərdir ki, eyni tərzdə yaşayır və heç kimi yaxına buraxmır

 Sentinel adası Hind okeanının Andiman arxipelaqlarından biridir. Dünyanın ən əhəmiyyətli ticarət yolları Hind okeanının Taylandla birləşdiyi nöqtədə, Sentineldə yerləşir. Ekvatorial iqlim qurşağına malik olan adada həm isti, həm də bol yağışlı havaları eyni anda müşahidə etmək mümkündür.



Bölgə ilə onun xalqı haqqında olan  məlumatlar havadan və dənizdən çəkilən foto və videogörüntülərdən ibarətdir. 

Sherg.az xarici media istinadən xəbər verir ki, Sentinel adasına daxil olmaq çox çətindir. Bura dünyanın ən qorxulu yeri demək olar. Adanın əhalisi min illərdir ki, eyni tərzdə yaşayır və heç kimi yaxına buraxmır. Sentinel adası haqqında məlumat olduqca azdır. Çünki burada yaşayanlar şiddətli bir şəkildə dünya ilə əlaqəni rədd edən, müasir sivilizasiyaya yad olan son insanlardır. 





Yad insanların adaya gəlişindən narahat olan yerli əhali bəzən bu insanları hətta öldürür, ya da qorxudaraq bölgədən çıxarırlar. Keçmiş dövrdə bir missioner adaya girməyi bacarmışdı. Lakin çox keçməmiş həmin şəxs ada camaatı tərəfindən qətlə yetirilmişdi.