104 zabitlə bağlı şok: “Rütbələri alınsın, təqaüdləri kəsilsin”


Təhdid xarakterli bəyanat yayan zabitlər haqqında istintaq başlayıb. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı gecə saatlarında dövlətə qarşı təhdid xarakterli bəyanat yayan və “Montre Boğazlar Anlaşması”nı xəyanət adlandıran dəniz qüvvələrinin təqaüddə olan 104 generalı barədə Tvitter hesabında sərt paylaşım edib.  

Sherg.az türk mediasına istinadən xəbər verir ki, MHP lideri "104 əməkli amiralın ortak imzalı yayımlamış oldukları anti- demokratik və təhdidvari  bildirisini, Milliyyətçi Hərəkat Partiyası nifrətlə lənətləyir və rədd edir” ifadələrini yazıb. Baxçalı yazıb ki, bu məsələdə dərhal önləm alınmalıdır; Gecə yarısı yapılmış və yayılmış bəyanatda imzası olan 104 generalın rütbələri dərhal alınmalı, poqonları sökülməlidir. Təqaüd haqları ləğv edilib, təqaüdləri də kəsilməlidir. Bəyanatla əlaqədar hərtərəfli soruşturma və istintaq aparılmalıdır. Bu rəzalətin içində kimləri olduğu araşdırılmalıdır. Mövzu Vətəndir. Mövzu demokratiyadır. Mövzu milli iradədir. Gecikmə və görməzdəngəlmənin bədəli ağır olar. 




Hökumətdən bildirilib ki, məlum bəyanatla bağlı Ankara Baş Prokurorluğunda istintaq başlanılıb. Türkiyə Müdafiə Nazrliyinin açıqlamasında isə məlum bəyanat “Türk Silahlı Qüvvələrinin şəxsi heyətinin əhval-ruhiyyəsinə mənfi təsir edəcək, düşmənləri sevindirəcək addım” kimi dəyərləndirilir. 
Preziedent Ərdoğanın müşaviri İbrahim Qalın isə "bir qrup təqaüdçü zabitin hərbi çevrilişlər dönəmini xatırladan açıqlaması sadəcə onları gülünc və zavallı duruma düşürür. Həddinizi blin və yerinizdə oturun!” deyib.