Diş çöpü bağırsağını deşdi: Əməliyyatdan 2 saat sonra ayıldı


 Gündəlik həyatda mütəmadi istifadə edilən diş və qulaq çöpləri daha çox təhülkə imiş, nəinki faydalı. Mütəxəssislər qulaqların qulaq çöpləri ilə təmizlənərkən qulaq pərdəsinin zərər görməsinə, deşilə bilməsinə diqqət edilməli olduğunu önə çəkir, “qulaqlarınızı qulaq çöpü ilə təmizləyirsnizsə, yalnız çökək hissəni və ətrafını təmizləyin, çöpü qulaq dəliyinin dərinliyinə yeritməyin, qulaq pərdəsini zədələyə bilərsiniz” xəbərdarlığı edirlər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, diş çöpləri də demə, bir ayrı bəlaymış. İllər öncə modellik yapmış 43 yaşlı sabiq model Demet Şener su içərkən stəkandakı diş çöpünü udub (stəkanda diş şöpü nə gəzirmiş?!). Diş çöpü mədəsindən bağırsağa keçib və bağlrsaq divarını deşib. Model əməliyayat alını və diş çöpü bağırsaqdan çıxarılıb.   Model mediaa açıqlamasında “bəli, belə bir talehsizlik yaşadım. Bardağın içindəki kürtanı (diş çöpünü) uddum.

Bu zaman nəsə iss etdim, şübhələndim, lakin evin xidmətçisi bunun mümkünsüz olduğunu söyləyib, məni yanıltdı. Məncə, pis niyyəti yox idi, qorxusundan həqiqəti gizlətdi. Bir həftə sonra inanılmaz ağrılarla xəstəxanaya getdim. Elə zənn etdim ki, böyrək daşı salıram. Çünki diş çöpü olayını unutmuşdum, həmin anda boğazım açımışdı, sanki nəsə boğazımı  sıyıraraq keçmişdi, bununla da bitmişdi. Həkimim, təhlükəli ola bilər, dedi və aparatla müayinə ediləcəyimi söylədi. 5 dəqqəlik müayinə adı ilə girdyim əməliyyatdan 2 saat sonra ayıldım. Mənə “bağırsağından diş çöpü çıxardıq” dedilər. O zaman ağlıma gəldi və yadıma düşdü ki,deməli, həqiqətən diş çöpü udmuşam. Şükür, atlatdım. 3 gün xəstəxanada qaldım”. Sabir model bu günlərdə sağlamlığa daha çox diqqət edilməli olduğunu da deyib: “idman etmək, sağlıqlı qidalanmaq lazımdır. Vitaminləri əskik etməyin. Çiyələk, alma və bal qarışığı çox xeyirlidir. Diyetoloqum hər gün müxtəlif məsləhətlər verir, reseptlər təqdim edir. İmmunsistemin gclnməsi üçün tərəvəz və meyvə bol miqdarda qəbul edilməlidir”.