Rəhim Rəhimli niyə didərgin düşüb? - AÇIQLANDI: satıblar!

Müğənni Rəhim Rəhimli “Həmin Zaur” verlişində qonaq olarkən Türkiyəyə getməsinin səbəbini açıqlayıb.
“Sherg.az” xəbər verir ki, sənətçi bir müddət qardaş ölkədə yaşaması haqqında bunları söyləyib:

“Vəzifəli, hörmətli insanlarla dostluq əlaqələrim var idi. Sonra bir nəfər müəyyən məsələləri gedib çatdırdı. Bizim aramızda anlaşılmazlıq yarandı. Həmin adamın adını deyə bilmərəm.

Amma eşitdiyimə görə həbs olunub. Allah qapısını açsın. O, olmayan söhbətləri demişdi. Sonradan həqiqət məlum oldu. Keçmiş illəri xatırlamaq istəmirəm”.