Bura paltarla girmək qadağandır! - Fotolar

Şərqi Asiyanın ada ölkəsi olan Yaponiya ənənələri, coğrafiyası və mədəniyyəti ilə yerli və xarici turistlərin ən çox səyahət etdiyi ölkələrdən biridir. Yaponiya eyni zamanda maraqlı festivalların və ənənələrin də vətənidir.
Bu ənənələrdən biri Yapon spa mədəniyyəti "Onsen"dir.
"Sherg.az" "Milliyet.com"a istinadən Yaponiyaya gedən turistlərin vərdiş etmədiyi bir mədəniyyəti- Onsen yapon ictimai hamamlarına aid maraqlı faktları açıqlayır:

Bu kurortların ən maraqlı xüsusiyyəti paltar geyinməyin qadağan edilməsidir.

Yəni, hamam sahəsinə girərkən dəsmalınızı da özünüzlə götürmək tamamilə qadağandır. Spaya çılpaq girməlisiniz.

Bu, yaponların çox qədim bir ənənəsidir. Qədim ənənənin ilk günlərində kişilər və qadınlar eyni yerdə suya girirdilərsə, indi belə hala rastlamaq çox nadirdir.

Hazırda kişilər və qadınlar fərqli yerlərə gedirlər və ya müxtəlif vaxtlarda hamamdan istifadə edirlər.

"Onsen" hər kəsin bir-birinə hörmət etdiyi, insanların meditasiya ilə məşğul olduğu və heç kimin bir-biri ilə maraqlanmadığı yer olaraq bilinir. Hamam insanların rahatlaması və gündəlik yorğunluqlarından qurtulmaları üçün vacib yer hesab olunur. Eyni zamanda sağlamlıq üçün çox faydalı olduğu bildirilir.

Yaponiyada dünyanın hər bir ölkəsindən daha çox isti su qaynağı var. Bunların əksəriyyətinin vulkanik ərazilərdə yerləşməsinə baxmayaraq, Tokio kimi şəhər mərkəzlərindəki kurortların sayının az olduğunu demək olmaz.