Elzadan yeni libas:“Qoyun qığı qurudub, lak vuracaqlar”

Müğənni- bəstəkar Elza Seyidcahan Dilarə Əliyevanın “ Söhbət var “ verlişindəki ilginc açıqlaması ilə diqqət çəkib. Daim qeyri-adi stili ilə gündəm olan sənətçi bu dəfə də izləyiciləri təəccübləndirib.

“Sherg.az” xəbər verir ki, o geyinmək istədiyi libasdan danışıb:

“Bir paltar  hazırlatmağı düşünürəm. Bilmirəm o necə olacaq. Qoyun qığından libas fikirləşirəm. Böyük bacım məsləhət görüb. Yəqin ki o qurudulacaq, üzərinə lak vurulacaq. O zaman qoxusu da olmaz”.