Siqnal! Türkiyədə növbəti hərbi çevrilişə cəhd: “Xarici qüvvələr...”

Bazar günü Türkiyənin 103 istefada olan admiralı məktub dərc edərək Montrö konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb.
Türkiyə polisi Montrö konvensiyasını dəstəkləyən məktuba imza atmış 10 nəfər ehtiyatda olan admiralı həbs edib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Xəbərdə məktubu imzalayan daha dörd admiralın prokurorluğa dindirilməyə çağırıldığı qeyd olunur.



Qardaş ölkədə baş verənləri “Sherg.az”a dəyələndirən politoloq Əhəd Məmmədli bildirib ki, bütün bunlar əvvəlki Türkiyəyə qayıtmaq cəhdi, provokasiya və sabotajdır:

“Ordudan vurulmuş general və admirallar indi birləşiblər və özlərini xatırlatmaq istəyirlər. Bu, həm də növbəti hərbi çevrilişə bir addımdır. Ona görə də hadisə ciddi nəzərə alınıb, üsyanın ilk addımı yerindəcə dəf edilməlidir.

Görünür ki, xarici qüvvələr Türkiyədə aranı qarışdırmağa yenə cəhd edirlər. Baş verənlər qardaş ölkədə güclü iqtidarın laxladılması üçün növbəti hərbi üsyana qarşı hesablanmış addımdır.
Bu hal Ankara tərəfindən ciddi siqnal olaraq qəbul edilməlidir”.