Müharibənin ayaq səsləri! - Rusiya Ukrayna ilə sərhədə tank yığır

Dünən İngilis mediasının əldə etdiyi videoda Rusiya tərəfinin sərhəd bölgəsinə yeni daşımalar etdiyi müşahidə olunub. 
"Sherg.az" sözügedən video ilə Rusiyanın  bölgəyə onlarla tank və zirehli maşın göndərdiyi ortaya çıxıb. Bu görüntülərdən  qısa müddət sonra Ukrayna da cəbhədə analoji addım atıb. Hökumət onlarla “T-72” tankını  qatar yolu ilə bölgəyə göndərdiyini deyib.

Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak da 30 Martda parlamentdə etdiyi çıxışında, Rusiya Silahlı Qüvvələrinin hərbi təlimlər bəhanəsi ilə Ukrayna sərhədlərinə qoşun göndərdiyini bildirib.

Kremlin Mətbuat Katibi Dmitriy Peskov isə Rusiyanın silahlı qüvvələrini öz mülahizəsinə görə ərazisi daxilində hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını diqqətə çatdırıb.