Mərkəzdən təqaüdçü admiralların saxta bəyanatına MÜNASİBƏT: Qəbuledilməzdir !

Türk Ocaqları Mərkəzi Türkiyənin 103 istefada olan admiralının Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırmasına münasibət bildirib. "Sherg.az"ın xəbərinə görə, Mərkəzdən deyilib ki, Türkiyə ilə bağlı məsələlərdə fikir bildirmək hər bir vətəndaşın haqqıdır:

-Ölkəmizin yaxın tarixində baş verənləri-çevriliş və memorandumlar nəticəsində zərər görən demokratiyanı nəzərə alsaq, təqaüdçü admiralların Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırması qəbuledilməzdir. 15 İyul 2016-cı il gecəsindəki xəyanət xalqımızın yaddaşında hələ də təzə qaldığı bir dönəmdə belə bir bəyannamə dərc etmək yaxşı əlamət deyil.
Qeyri-hökumət təşkilatları Montrö Konvensiyası ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə edərkən, bir qrup təqaüdçü admiralın narahatlıqlarını açıqlaması, xüsusən də bu mövzunun azadlıq kontekstində qiymətləndirilməsi yanlış yanaşmadır. 

Təcrübəli kadrların siyasi məzmunlu bir bəyannamə dərc etməsi türk demokratiyası üçün son dərəcə acınacaqlı və təhlükəli idi. Gecə yarısında bəyannamənin yayımlanması millətimizin qəzəbi ilə oynamaqla nəticələndi. Bu, qəbuledilməz bir vəziyyətdir.

Montrö Konvensiyası ilə əlaqədar müzakirələrə əsaslanaraq yayımlanan bəyannamə ölkə daxilində və xaricində türk dövlətinin yaşaması üçün əməliyyatlarını var gücü ilə davam etdirən Türk Silahlı Qüvvələrinin iradəsinə mənfi təsir göstərməkdən başqa bir şey deyil. 

Bu yalançı bəyanata qarşı reaksiyaların demokratik qanunun aliliyi çərçivəsində olması göz önündədir.

Böyük türk milləti bunları unutmamalıdır - Çevriliş zehniyyəti və 15 İyul gecəsi tarix səhifələrinə dəfn edildi.

Türk Ocaqları olaraq, türk millətinin daima milli iradəni və demokratik hüquqi dövləti müdafiə etməyə davam edəcəyinə qətiyyətlə inanırıq.

Qeyd edək ki, Türkiyə polisi Montrö konvensiyasını dəstəkləyən məktuba imza atmış 10 nəfər ehtiyatda olan admiralı həbs edib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Xəbərdə məktubu imzalayan daha dörd admiralın prokurorluğa dindirilməyə çağırıldığı qeyd olunur.