Dəhşətli görüntülər: Rusiya Şimal Qütbünə nüvə başlıqları toplayır - Foto 

CNN yeni peyk görüntüləri əldə edib. Yayın quruluşu görüntüləri  “Rusiya Şimal Qütbündə super silahlarını artırır”  başlığı ilə yayıb. CNN-in son dərəcə gizli bir bölgədə test edilən yüksək texnologiyalı silahlar və Mockvanın məqsədlərinə dair əldə etdiyi yeni bilgilər zəlzələ effekti yaradıb. CNN-in xəbərinə görə, Rusiya şimal qütbü sahillərini nəzarət altına almaq və Asiyadan Avropaya önəmli bir koridor açmaq məqsədilə şimal qütbündə indiyədək bənzəri görülməyən hərbi güc toplayır və ən yeni silahlarını buzsuz bir bölgədə sınaqdan keçirir. 

 Silah mütəxəssisləri və qərb rəsmiləri rus super silahı “Poseydon 2M39” torpedosu ilə bağlı narahatlıqlarını bldirib. 

Rəsmi mediada yer alan çoxsaylı xəbərlərə görə, Rusiya prezidenti Vladimir Putin bu ilin fevral ayında müdafiə naziri Sergey Şoyqudan sınaqların mühüm mərhələsinə dair arayış tələb etdikdən sonra  adıçəkilən bu torpedo üzərində çalışmalar  daha da sürətləndirilib, bu il ərzində başqa sınaqların da həyata keçirilməsi planlaşdırılır.

Bu insansız gizli torpedo nüvə reaktorundan güc alır və Rusiya mütəxəssisləri tərəfindən xüsusi olaraq ABŞ torpedoları kimi sahil müdafiəsində gizlicə hərəkət edə bilmək üçün hazırlanıb. Bu torpedo hədəf alacağı bölgəni on illərlə yaşanmaz hala gətirəcək radiaktiv dalğalara səbəb olan bir neçə meqatonluq savaş başlıqları  göndərməyə qadirdir.

Ötən ilin noyabr ayında, o zamanlar Ölkələrarası Güvənlik və Silahların Yayılmasını Önləmə üzrə xarici işlər naziri yardımçısı Kristofer A.Ford “Poseydon”un  ABŞ sahillərini radiaktiv sunamilərlə doldurmaq məqsədilə istehsal edildiyini bildirmişdi.   ABŞ Xarici İşlər Nazirliyinin yüksək vəzifəlisi isə CNN-nə açıqlamasında deyib ki, ruslar şimal qütbündə  dünyaya aşkarcasına meydan oxuyur.  Rusiya “soyuq müharibə” dövrünə aid bazalarını yenidən yerləşdirir, Murmansk yaxınlığında yeni hərbi təsisatlar inşa edir.

Burada məqsəd Şimali Atlantikada hərbi gücü artırmaqdır.  Pentaqon sözçüsü deyib ki,  Rusiya noyabr ayında “Tsirkon” gəmiəvəzi hipersonik raketini sınaqdan keçirib.

“Maxar” texnoloji firması tərəfindən CNN-nə göndərilən peyk görüntülərində Rusiyanın hərbi jetlər və bombardmançı təyyarələriylə yanaşı Alyaska yaxınlığında yeni radar sistemlərinin olduğu da görünür. Hərbi təlimlərdə həmçinin şimal qütbü buzunu qıran 3 nüvə dənizaltısı və şimal qütbü üzərində uçuş həyata keçirən hərbi təyyarələr də olub. Şimal qütbünə niyə bu qədər önəm verildiyi məlumdur.

Şimal qütbündə dünyanın kəşf edilməmiş neft və qaz yataqlarının dörddə biri yerləşir. Putin əvvəllər verdiyi açıqlamalarda bu zənginliklərin dəyərini 22 trilyon sterlinq olaraq dəyərləndirmişdi.