Meşədə tapılan qoyundan 35 kq yun çıxdı - Foto

Avstraliyanın Viktoriya əyalətindəki meşədə tapılan və uzun müddətdir ki, qırxılmayan qoyun fermaya aparılıb.
"Sherg.az"ın "Trthaber.com"a istinadən xəbərinə görə, fermada çalışan Kyle Behrend "Baarack" adlanan qoyunun yununun 35,4 kiloqram ağırlığa çatdığını söyləyib.
K.Behrend qoyunun fermaya gətirildiyi zaman zəif olduğunu və indi başqa qoyunlarla birlikdə baxılması üçün fermadakı yerini aldığını bildirib.