Vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Rusiyanın Daxili İşlər Nazirliyi plastik çip kartı şəklində yeni pasportların verilməsini planlaşdırır.
“Sherg.az” “RİA Novosti” yə istinadən xəbər verir ki, paytaxt sakinləri dekabr ayının 1-dən etibarən bu pasportları ala biləcəklər. Bölgələrdə yaşayanların yeni şəxsiyyət vəsiqələri ilə təmin olunması isə 2023-cü il iyulun 1-dək davam edəcək. 
 Həmçinin bildirilir ki, 14 yaşına çatan hər bir şəxs yeni pasportu əldə edə biləcək. Birinci mərhələdə 100 min plastik elektron şəxsiyyət vəsiqəsinin verilməsi nəzərdə tutulur. Yeni pasport almaq üçün rəqəmsal foto və iki barmaq izinə ehtiyac var. Sənəddə vətəndaşın fərdi və biometrik məlumatları, eyni zamanda sahibinin istəyinə uyğun olaraq elektron imzası yer alacaq. 
Elektron pasportun dövlət və ticarət xidmətlərindən istifadəyə icazə verəcəyi, itirildiyi təqdirdə tez bir zamanda bloklana biləcəyi ehtimal olunur.