Xatundan BALAŞA: "Mən səndən doymadım, sən də..."

Müğənni Xatun Əliyeva bir müddət öncə anidən dünyasını dəyişən qardaşı, stilist Balaşdan yazıb.
“Sherg.az” xəbər verir ki, o mərhumun qızı ilə görüntülərini İnstaqram profilində paylaşaraq bu sözləri əlavə edib:
“Balaşım, sən o qədər yaxşı insan idin. Övlad, qardaş, dayı, əmi, dost, həyat yoldaşı və ən əsası gözəl ata idin. Mən səndən doymadım, sən də balalarından”.