Həşimovla eyni sırada dəfn olunan İKİNCİ POLAD: “50-dən çox mənfuru...” -Foto

“Ağ uçuq istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir”

“Samir yaralanmasına baxmayaraq döyüşür. Yaralı silahdaşlarına kömək edir”

“Yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarır”


Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan oğullarımızdan biri də  Silahlı qüvvələrin leytenantı Samir Əliyevdir. İgidimiz 1999-cu ildə Bakıda dünyaya göz açıb. Evin yeganə övladı olub. Samir 2005-ci ildə Xətai rayonu 55 nömrəli tam orta məktəbdə birinci sinifə başlayıb. Dərslərində göstərdiyi fəallığa görə dəfələrlə fəxri fərmana layiq görülüb. Orta məktəbi qırmızı diplomla başa vurub.

Şəhid yaxınlarının “Sherg.az”a verdiyi məlumata görə onun uşaq yaşlarından hərbiyə sevgisi olub:

“ Anası hərbi oyuncaqlarını hələ də saxlayır. Vətənə olan sevgisi onu elə bu peşəyə  gətirib. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Təhsil aldığı müddətdə savadlı, çalışqan, çevik olması ilə daim yoldaşlarından seçilib. 2020-ci ildə Ali təhsilini başa vurub və leytenant rütbəsi alıb. Ötən ilin iyun ayında N saylı hərbi hissədə xidmətə başlayıb.

O dövrdə də daim əsgərlərinə və xidmət yoldaşlarına xüsusi qayğı, diqqət göstərib. Samir Azərbaycanın ikinci Polad Həşimovu idi. Vətən müharibəsində də  qəhrəmancasına vuruşub.

Ağ uçuq istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Samir yaralanmasına baxmayaraq döyüşür. Yaralı silahdaşlarına kömək edir. Yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarır. 

Həmin döyüşdə də qəhrəmancasına şəhadətə ucalır. Şəhidimizin adına park salınıb və bulaq tikilib. Onun şücaətləri dillər əzbəri olub. Samirin ən böyük arzularından biri də erməni başı kəsmək, qisas almaq idi.

Arzusuna çatdı- 50-dən çox mənfuru təkbaşına məhv edib. İgidimiz İkinci Fəxri xiyabanda Polad Həşimovla eyni sırada torpağa tapşırılıb”.