Afət keçmişindən danışdı, halı pisləşdi: "Dəli olmuşdum..." +VİDEO

Müğənni Afət Fərmanqızı "Onun sirri " verlişində qonaq olarkən həyatı ilə bağlı açıqlamalar verib.   
"Sherg.az"ın  məlumatına görə ifaçı atasının "Son zəng" günü vəfat etdiyini söyləyib:
"Beyninə qan sızdı, 54 yaşında dünyasını dəyişdi. Həmin gün mən orta məktəbdən məzun olurdum. Onda ətrafımızdakı dörd kənddə "Son zəng" tədbiri keçirilmədi. O vaxt çox pis olmuşdum. Günlərlə evdən çıxmırdım. Maşın səsi eşidəndə elə bilirdim atam gəlir, tez qapıya qaçırdım. Dəli olmuşdum. Hamını atamın ölümündə günahlandırırdım. Sonda anam bezdi, dedi ki daha bəsdir, atası ölən görülməyib? Hətta molla yanına belə apardılar. Bir də o torpağa tapşırılarkən baxıb, dedim ki, atamın adını yaşadacam".