Elgizdən etiraf: Xalam məndən küsüb, çünki ərinin...

Bir müddət öncə koronavirusa yoluxan aparıcı Elgiz Əkbər o dönəm yaşadıqlarından danışıb.

"Sherg.az"  xəbər verir ki, Elgiz yaxınları ilə münasibətindən də söz açıb. O, aparıcısı olduğu verilişdə bunları söyləyib:

"Bütün qohumlarımın qarşısında baş əyirəm. Onların məni çox istədiklərini bilmirdim. Amma etiraf edirəm mən yaxşı qohum deyiləm. Kiməsə pislik etməmişəm. Lakin aylarla, illərlə danışmadığım, vəziyyətini soruşmadığım insanlar mənə diqqət göstərdilər, davamlı zəng etdilər. Sizə söz verirəm ki, bundan sonra yaxşı qohum olacam. Məsələn, xalam məndən halımı soruşmadı. Çünki inciyib. O gözümün ağı-qarası xalam mənimlə əlaqə saxlamadı.Onun da haqqı var. Ona görə ki, xalamın həyat yoldaşı dünyasını dəyişəndə yasına gedə bilmədim. Hər gün efirdə idim".