Türk silahları məşhur nəşrin mövzusu oldu 


"Ərdoğanın hərbi SİHA-ları hərəkətverici qüvvəyə çevrilib və müttəfiqlərini narahat edir"


Suriya, Liviya və Dağlıq Qarabağdakı müharibələrdəki rolları ilə dünya gündəminə çevrilən Türk SİHA-ları bu dəfə ABŞ-ın "Bloomberg" nəşrində xüsusi bir reportajın mövzusu olub.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, "Ərdoğanın hərbi SİHA-ları hərəkətverici qüvvəyə çevrilib və müttəfiqlərini narahat edir" başlıqlı xəbərdə "Bloomberg" bu məsələdə Qərb ölkələrindən məmnun olmadığını yazıb. Nəşrdə Türkiyənin müttəfiqi olan Bakının müharibədə qələbə çalmasında türk silahlarının böyük rolu olduğu yazılıb. 

Türk SİHA-larının Suriya münaqişəsində Rusiyanın rolunun zəiflədilməsində mühüm rolunun  olduğu diqqətə çatdırılıb. Nəşr qeyd edib ki, Türkiyənin müdafiə avadanlığına edilən ümumi xərclər sürətlə artmaqdadır.  Türkiyənin idxalı 2016-cı ildə yüzdə 59 faiz aşağı düşüb. Əvvəlki 5 illik dövrlə müqayisədə onun F-35 tədarükləri dayandırılıb. Nəşr qeyd edib ki, bunun nəticəsində  Prezident Ərdoğan Türkiyənin xarici silah sistemlərinə olan asılılığını azaltmaq üçün daxildə müdafiə sənayesini gücləndirməkdədir: "Yeni dövrlərdə Türkiyənin yeni silahlar istehsal etməsi gözləniləndir. Maksimum 50 yeni nəsil  türk istehsalı olan modellərin hazırlanması  gözlənilir. Türk vasitələri ABŞ, Çin və İsrail ilə müqayisədə bazarda hələ də kiçik bir oyunçudur. Gələcəkdə böyük oyunçu ola bilər. Yalnız Birləşmiş Ərəb Əmirlikləri son 20 ildə qlobal silah xərclərini araşdıran SIPRI tərəfindən tərtib edilən silah tədarükçüləri cədvəlində daha yüksək səviyyəyə yüksəlib".