Radarlar trayektoriyanı hesablayıb: “"İsgəndər"i Rusiya atıb”

“Azərbaycan Prezidenti, yəqin ki, hazırkı unikal imkandan da lazımi səviyyədə yararlanacaq”

“Xeyli güzəştlərin şahidi olacağıq”


“"İsgəndər"i Rusiya atıb. Bütün açıqlamalar və Ermənistanın mövqeyi bunu göstərir. Rusiyanın açıqlamaları da həmin səpkidədir”.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. 
 O, məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı: 



“ANAMA qalıqları taparaq beynəlxalq nümayişə çıxardı ki, icazəsi Rusiyada olan raket Azərbaycan ərazisinə atılıb. Azərbaycanın radarları raketin uçuş trayektoriyasını hesablaya bilib. Raketin zərərsizləşdirilmədiyi, boş əraziyə düşdüyü məlum olub.

Görünür, zərərsizləşdirdiyimiz də olub ki, silahın tətbiqi dağıntı yarada bilməyib. Həmçinin erməni tərəfinin kosmik rabitə vasitələri olmadığı üçün raketin dəqiq koordinatlarını hesablaya bilməyib. 

Rusiyanın iddia etdiyi dəqiqlik baş verməyib. Beləliklə, Kremlin silah bazarında "İsgəndər"lə bağlı yaratdığı mifi darmadağın edilib. Azərbaycan Prezidenti, yəqin ki, hazırkı unikal imkandan da lazımi səviyyədə yararlanacaq və xeyli güzəştlərin şahidi olacağıq.

Fikrimcə, bu, sırf Qarabağdakı ermənilərlə bağlı məsələyə aid ediləcək».