Dişlər nə vaxt  təmizlənməlidir? - MÜHÜM TÖVSİYƏ

Dişləri fırçalamaq üçün ən uyğun zamanın olduğuna dair sual tez-tez soruşulur. Şəkərli bir şey yedikdə ağızdakı bakteriyalar turşu istehsal etmək üçün şəkərlə qidalanır. Buna görə dişləri ən sağlam vəziyyətdə saxlamaq üçün yeməkdən sonra deyil, əvvəlcə fırçalanmalıdır.
“Sherg.az” “Cumhuriyyet.com”a istinadən bildirir ki, ağızdakı “PH” dəyərinin normal səviyyədən aşağı düşməsinə səbəb olan bakteriya turşuları diş minasının daha yumşaq və həssas olmasına səbəb olur.

Diş minasının mineralını götürdüyü “PH” səviyyəsi təqribən 5.5 olduğu halda, onu normal vəziyyətə gətirmək ən azı 30 dəqiqə çəkir.

Yeməkdən sonra fırçalamağa başlamaq üçün ən azı 30-60 dəqiqə gözləyə bilərsiniz. Yaxud da ağızdakı “PH” səviyyəsini yenidən tarazlaşdırmaq üçün qələvi ağız yuyucusu ilə ağzınızı tez yuyun.