Tolik yenə aləmi qatdı: “Bu görməmiş müğənnilər...”

Prodüser Tarix Əliyev (Tolik) türkiyəli aktrisa Ezgi Molanın canlandırdığı bir obrazı paylaşaraq müğənnilərə replika atıb.“Sherg.az” xəbər verir ki o videoya bu sözləri əlavə edib:“Bəzi görməmiş müğənnilər kimidir. İnstaqramda özlərini elit, səviyyəli sayıb, səhifələrdə pul ilə reklam olunanlardır”.
Bir izləyicisi isə aparıcının paylaşımına bu sözləri yazıb:
“ 90 faizi bu gündədir. Reytinq üçün hamınız onları verlişə də çağırırsınız, reklam edirsiniz”.
Tolik isə həmin komentə belə cavab verib: 
“ Proqrama hamını dəvət etməliyəm. Telekanal mənim atamın deyil.  Müğənnilər də kanala pul ödəmirlər. İnstaqram səhifələrinə ödəniş edirlər ki, reklam olunsunlar. Dərd odur”.