Bu məhəllədə hər yerdən ilan çıxır - FOTOLAR

Yağış və selin ardından Bursada ilan həyəcanı yaşanır. Bursanın İnegöl bölgəsindəki Qazi məhəlləsində bir binanın bağçasında 2 metr uzunluğunda ilan bina sakini Musa Doğan tərəfindən yaxalanıb. Musa Döğan yaxaladığı ilanı əvvəlcə qəfəsə salıb, sonra isə yaxınlıqdakı boş tarla ərazisinə buraxıb. İlanı binanın həyətində oynayan uşaqlar görüb, qışqırmağa başlayıblar. Seldən sonra tarlalarda çox sayda ilanların peyda olması hazırkı şəraitdə təbii hesab edilir. Musa Doğan “həyətdə oynayan uşaqlar bağırdı, qorxduq və ora yüyürdük. Gördük ki, böyük bir ilandır. Öldürməyə əlimiz gəlmədi. Yazıqdır, o da bir canlıdır. Yaxalayıb qəfəsə saldıq. İncitmədən təbiətə buraxdıq. Zəhərli ilan olduğunu düşünürük” deyib. Yerli bələdiyyə sel fəlakətlərinin aradan qaldırılmasına çalışır, həm də sakinlərə seldən sonra ilanların ortaya çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.