Manqal keyfi yarımçıq qaldı

Türkiyənin Kocaeli şəhərindəki Darıca rayonunda 4 mərtəbəli yaşayış binasının həyətində  yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.
"Sherg.az" "Hurriyet.com"a istinadən bildirir ki, 4 mərtəbəli binanın çardağında yaşayan Suriyalı ailə günorta saatlarında terasda manqal yandırıb.
Bu vaxt ailə damın alovlandığını görərək yanğın söndürmə xidmətinə məlumat verib.
Hadisə nəticəsində dam örtüyü yararsız hala gəlib.