Karantin qaydası pozuldu: Oteldə əyləncə - Polis basqını!

Polis Türkiyənin Quşadası vilayətindəki otellərdən birində əyləncə məclisi keçirən şəxsləri saxlayıb. Bu barədə “Sherg.az” “Posta” ya istinadən xəbər verir. Əyləncənin yarımçıq dayandırılmasının səbəbi isə oradakıların karantin qaydalarına əməl etməməsi olub. 
 Polislərin müdaxiləsi telefonların kamerasına çəkilib. Görüntülərdən bəzilərinin hüquq- mühafizə əməkdaşlarını görən kimi maska taxmağa çalışmaları məlum olur.