Amerikalı analitik:“Rusiya Qarabağla bağlı öhdəlikləri pozur” - “İsgəndər- M” olayı

“Bu, o deməkdir ki, bəzi qüvvələr Ermənistanı fəlakətin astanasından qaytarmaq və tam məğlubiyyətin qarşısını almaq istəyiblər”


Son günlər siyasi gündəmi məşğul edən, politoloqları düşündürən əsas məsələlərdən biri Şuşada tapılan “İsgəndər- M” raketlərinin qalıqlarıdır. Suallar kifayət qədər çoxdur. Dəqiq bilinən isə düşmən dövlətin bu silahı istehsal etməməsidir. Deməli, “Su bir az da bulanır”. Rusiya isə özünü “süddən çıxmış ağ qaşıq” kimi aparır. 
Amerikalı siyasi analitik Paul Geblo “Sherg.az”a açıqlamasında məsələyə belə münasibət bildirdi: 
“Bu, o deməkdir ki, bəzi qüvvələr Ermənistanı fəlakətin astanasından qaytarmaq və tam məğlubiyyətin qarşısını almaq istəyiblər. Belə demək mümkünsə, sözügedən cəhd “Suda boğulanın saman çöpündən yapışması idi”. Lakin Moskva yalan danışır. Qarabağla bağlı öhdəliklər pozulur”.