Dünyada ən çox baxılan VİDEO – Görənlər heyrətə gəldilər 

Marketə alış-veriş üçün gəlmiş müştərilər gördükləri səhnə önündə heyrətə düşüb, qorxudan nə edəcəklərini bilməyiblər. Lakin müştərilərdən biri “ürəkli” çıxıb, qorxunc mənzərəni telefon vasitəsilə videoya çəkib. Müştərinin paylaşdığı video hazırda dünyada ən çox baxılanlar sırasındadır. Hadisə Taylandın Nakhon Pathom şəhərində baş verib.

Marketə girən müştərilər  rəfə dırmaşan nəhəng kərtənkələ ilə qarşılaşıblar. Kərtənkələ ətrafdakı qışqırıq və çığırtılara əhəmiyyət vermədən həm marketin ortasında, həm də rəflərin üstü ilə dolaşırmış. Kərtənkələnin hərəkətlərini həmin vaxt marketə alış-veriş üçün getmiş Narimpa Tanqsin mobil telefonu ilə videoya çəkib.

Kərtənkələ əvvəlcə içkilər düzülmüş rəfə dırmanıb. Donra isə süd məhsulları qoyulmuş rəfə qalxıb. Bəzi məhsullar rəfdən aşağı tökülüb. Ortalığı dağıtdıqdan sonra nəhəng kərtənkələ ən hündürdə olan rəfə dırmanıb və sakitcə uzanıb “istirahət edib”. 

Marketə xilasetmə qrupu çağırılıb. Qrup kərtənkələni marketdən sürüyərək çıxarıb. Bildirilir ki, Asiyada belə nəhəng kərtənkələlər  Tayland kənarlarındakı kanal və göllərdə yaşayır. Əsasən balıq, ilan və qurbağalarla qidalanırlar. Bəzən onların insanları dişləməsi hallarına da rast gəlinir.