Ərdoğandan təklif: İslam Meqabankı yaradılsın!    

Türkiyə cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan “D-8”in 10-ci Zirvə Toplantısında videodormatda çıxışı zamanı valyutadan asılılığın azaldılmasına diqqət çəkib. "Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan  “D-8” ölkələri araısnda ticarət həcminin 7 dəfədən çox artmasını mühüm göstərici kimi dəyərləndirsə də, bunun yetərsiz olduğunu deyib.
Ərdoğan “D-8-ə daxil ölkələrarası ticarətin asanlaşdırılmasını təmin edəcək strateji layihəni hazırlayıb sizlərə təqdim etdik. Yaxın zamanda ticarət nazirlərinin qatılacağı toplatıya ev sahibliyi edərək bu məsələdə irəiyə addım atmağı düşünürük. Bu məqsəd üçün onlayn platformaya malik İslami Meqabank yaradılması ideyasının gerçəkləşəcəyinə də inanırıq” söyləyib. Türkiyə Prezidenti həmçinin “ölkələrimizi xarici valyuta risqlərindən qorunmaq üçün  milli valyuta ilə ticarətə üstünlük verməyimiz şərtdir” əlavə edib.