Türkan Vəlizadə: “...Toya 1 manata çağırırlar”

Müğənni Türkan Vəlizadə prodüser Tarix  Əliyevin  “Günə bir şou” verlişində qonaq olarkən toy və konsert üçün Rusiyaya üz tutan həmkarlarından danışıb.
“Sherg.az” xəbər verir ki, o özünə də təkliflərin gəldiyini söyləyib:
“Amma qonorarda razılaşmadıq. Məsələn, toya 5 (məbləğ şərtidir-.red) manata gedirəmsə, onlar 1 manata çağırırlar. Moskvada  neçə min dollar qazanıram deyənlər yalan danışırlar. Burdan sizə səslənirəm, yalan danışırsınız! Əvvəllər 5 min dollara ifa edirdilərsə, indi həmin qiymət 2, yaxud da 1000 dollara düşüb”.

Tolik ifaçının videosunu İnstaqram səhifəsində paylaşıb. Onun fikirlərinə məşhurlar da münasibət bildirib.
Vasif Məhərrəmli: “Düz danışır. Səhv demir”.

Aygün MM: “ Min dollar azdır? Burda işsiz-gücsüz oturmaqdansa,orada bir ay hər gün toya getsələr, görün nə qədər pul edir”.