Nazilə Rəşid Behbudova “dil uzatdı”: “... Pərdə arxasında qaldılar”

“Qüsursuz insan olmaz. Amma səhnədə ifaçı, yaxud da musiqiçi sıravi insanlardan sənətinə görə bir addım öndə dayanır. Əksər sənətçinin bir qüsurlu tərəfi var. Mükəmməl sənətkar yoxdur. Mütləq bir səhvləri olur”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Həmin Zaur” verlişində şairə Nazilə Səfərli deyib. Lakin proqramın digər qonağı opera ifaçısı Samir Cəfərov N.Səfərli ilə razılaşmayaraq bunları söyləyib:

“Azərbaycanı Sovet dövründə sənətkarları ilə tanıyıblar. Onla həm sənətlərinə, həm də şəxsiyyətlərinə görə sevilirdilər . Məsələn, Rəşid Behbudov Azərbaycanı dünyada təmsil edib. Siz indi də ümumi danışmayın, bəzilərini nəzərdə tutun. Misal üçün indi yaxşılardan-Arif Babayevdən, Alim Qasımovdan, Azər Zeynalovdan bəhs edin”.

Şairə isə  S.Cəfərova belə cavab verib:

“Biz o sənətkarların şəxsiyyətlərini bilmirdik. Onlar sovet dövründə pərdə arxasında qaldılar. İç dünyalarını göstərmədilər”.