Ermənilər çox vəhşi millətdir

 Qarabağa səfər edən əcnəbi ölkəsinə bu informasiyanı aparacaq 

"Xarici qonaqların işğaldan azad edilmiş ərazilərimizə getməsi böyük əhəmiyyət kəsb edir"


Son aylar ərzində işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı səfərlər reallaşdırılıb. Mütəmadi olaraq əcnəbi jurnalistlər, səfirlər, diplomatik korpusların nümayəndələri, müxtəlif ölkələrin parlament üzvləri Qarabağa aparılıb. Bir neçə gün öncə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələrinin Ağdama səfəri təşkil edilib.

Ötən gün isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər dinlərə məxsus konfenssiyaların rəhbərləri Qarabağa gediblər. Düşməndən azad edilmiş torpaqlarımızı ziyarət edən hər bir xarici qonaq erməni vandalizmindən dəhşətə gəldiklərini açıq ifadə ediblər. Ağdamda olan xristian və yəhudi dini icmaların rəhbərləri üzləşdikləri acınacaqlı mənzərə qarşısında məyus olduqlarını dilə gətirdilər. Ekspertlərin fikrincə, Qarabağda quruculuq və bərpa işləri kütləvi hal alanadək işğaldan azad edilmiş rayonlarımıza bu cür səfərlərin təşkil edilməsi, erməni vəhşiliyinin dünyaya daha yaxından və əyani tanıdılması olduqca mühümdür. 



Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında Qarabağa səfərlər təşkil edilməsinin xüsusi önəm daşıdığını söyləyib. Deputat vurğulayıb ki, xüsusən, xarici qonaqların işğaldan azad edilmiş ərazilərimizə getməsi böyük əhəmiyyət kəsb edir:

“Real vəziyyətdən maksimum istifadə edərək erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi gücləndirməliyik. Ermənilər hər zaman iddia edirdilər ki, guya onlar “haqsızlığa” məruz qalıblar, “əzilən” tərəf onlar olublar.

Amma son proseslər əyani göstərdi ki, əslində ermənilər digər xalqlara qarşı əsl barbarlıq törədiblər. O baxımdan müxtəlif ölkələri və dinləri təmsil edən əcnəbilərin Qarabağa aparılması ümumi işimizin xeyrinədir.

Əvvəlcə, İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvləri, daha sonra dini konfessiyaların rəhbərləri bölgəyə səfər etdilər. Orada sadəcə müsəlmanlar deyil, xristian və yəhudi icmalarının rəhbərləri də erməni vandalizmini öz gözləri ilə gördülər.

Şübhə yox ki, gördükləri mənzərəni öz ölkələrinin dini mərkəzlərinə çatdıracaqlar. Eyni zamanda müxtəlif tədbirlərdə ünsiyyətdə olduqları çoxsaylı şəxslərlə Qarabağda şahidi olduqlarını bölüşəcəklər.

Hesab edirəm ki, qarşımızda duran ən mühüm vəzifələrdən biri erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Çox vacib məsələdir. Ələlxüsus erməni vəhşilikləri ilə yerində tanış olmaq bu barədə ordan-burdan eşitməkdən daha təsirlidir”.