Şəhid xəbəri Trabzonu sarsıtdı 

Pilotun atası: “Tarlada çalışırdım, ürəyim sıxıldı, ağrı hiss etdim” 


Konyada təlim uçuşu zamanı qəzaya uğramış "Türk ulduzları"na məxsus NF-5 təyyarəsinin pilotu yüzbaşı Burak Gençcelepin şəhidlik xəbəri Trabzondakı ata ocağına çatıb. Pilotun Trabzon Ortahisar məhəlləsindəki ata ocağına gələn hərbi və mülki yetkililər ailəyə Burakın şəhid olduğu xəbərini veriblər. 35 yaşlı Şəhid Burak Gençcelep evli idi, iki övladı var.

Şəhidin yaşadığı ev və evin yerləşdiyi küçə türk bayraqları ilə bəzədilib. Şəhidin ailəsinin yaxınları və məhəllə sakinləri evin önünə toplaşıb. Şəhidin atası Mehmet Gençcelep, qardaşı ilə tarlada çalışıb evə dönərkən Burakın şəhid olduğu xəbərini alıblar. Şəhidin əmisi deyib ki, böyük qardaşı – Burakın atası tarlada çalışarkən  köksündə bir ağrı hiss edib.

Evə yetişdikdə isə oğlunun şəhid olduğunu öyrənib. Şəhidin atası cənazə üçün Konyaya gedib. Şəhid atası oğlunun bu ilin martında “18 mart şəhidlərini anma günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümü” münasibətilə Gelibolu yarımadasında Şəhidlər Abidəsi önündə çəkdirdiyi fotosunu sosial mediada paylaşaraq altından “Oğlum, bu günə qədər mənim qürurum idin, indi Trabzonun qürurusan!” yazıb.