7 metrlik dırnaqlarını kəsdirdi - 30 il sonra...

ABŞ-ın Hyuston şəhərində yaşayan Ajanna Vilyamsın 30 il boyunca uzatdığı dırnaqlarını kəsmək üçün mişardan istifadə edilib. 5,7 metr uzunluğunda dırnaqlara sahib Ayanna Vilyamsın adı  2017-ci ildə Ginnesin Rekordlar kitabına düşüb.
Ajanna dırnaqlarını 20 saat manikür etdirirmiş, dırnaqların boyanması üçünsə 2 şüşə dırnaq boyası istifadə olunurmuş. Ajanna 30 illlik dırnaqları ilə dermatoloqun iştirakı ilə vidalaşıb. Onun dırnaqları mişarla kəsilib.

Kəsilməzdən əvvəl dırnaqların uzunluğu ölçülüb və onların daha da uzanaraq 7, 3 metrə çatdığı müəyyənləşib. Vilyams “dırnaqlarım olsa da, olmasa da, mən “kraliça” olaraq qalacam” deyib.

 Ajanna bundan sonar sadəcə 15 santimetr uzunluğunda dırnaq saxlayacağını söyləyib. Vilyamsın rekord qıran dırnaqları Florida ştatının Orlando bölgəsindəki muzeydə sərgilənəcək.