Afət müğənnilikdən getdi: "Əvvəlki işimə döndüm" - FOTO 

Müğənni Afət Fərmanqızı başqa  sahədə çalışmağa başlayıb.
“Sherg.az”ın məlumatına görə o bu barədə İnstaqram səhifəsində yazıb. İfaçı tikinti ərazisindən fotosunu paylaşaraq belə deyib:

 “Toylara icazə verilənə qədər əvvəlki işimə-“praraflığa” döndüm. Məncə, uğurlu olar, çünki bu işi çox sevirəm”.