Merkellə Putin danışdı - Nələr müzakirə edildi? 

Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danşığı olub.
Bu barədə“Sherg.az” TASS-a istinadən xəbər verir.
Bildirilir ki, tərəflər bir çox məsələləri müzakirə ediblər. Həmçinin Donbasdakı, Suriya və Liviyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Bosniya və Herseqovinadakı durumu gündəmə gətirməyi də unutmayıblar.