Flora Kərimovanın ürəyi dayanıb? - Qohumu aydınlıq gətirdi 

Mətbuatda xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı problemlər yaşadığı, hətta ürəyinin dayanması barədə xəbərlər yayılıb.
“Sherg.az”da sənətkarın yaxını Yaqut xanımla əlaqə saxlayaraq, məsələni aydınlaşdırıb. O, deyilənlərin yalan olduğunu vurğulayıb:
“Mən xalamdan danışmışam, Flora xanımın adına yazıblar. Düzgün deyil, yalandan yazıblar. Bir dəfə də Zeynəb  Xanlarovanı “öldürmüşdülər”. Dezinformasiyadır”.