Kreml hələ anlamayıb!- “Cahilin əlinə silah vermək olmaz”

“Ermənistan Müdafiə Nazirliyi övladları Qarabağ savaşında itkin düşmüş valideynlər tərəfindən blokadada saxlanır. Nazirliyi mühasirəyə alanların əksəriyyəti qadınlardır. Tərəflər anlaşa bilmirlər. Ermənistan Müdafiə Nazirliyi öz şəxsi heyətini helikopterlər vasitəsilə evakuasiya etmək məcburiyyətində qalıb”. “Sherg.az” xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli Feysbuk hesabında paylaşıb. 

Onun sözlərinə görə, bu barbarların dövlət qurmasına hələ çox var:

“Otuz ildir ki, guya müstəqildirlər, amma  ibtidai icma quruluşundan uzaqlaşa bilməyiblər.

Rusiya isə bu barbarlar üçün ordu yaradır, onlara "S-300" və "İsgəndər" raketləri verir. Kremldə hələ də, anlamayıblar ki, dəlinin, cahilin əlinə silah vermək olmaz. Ya da ola bilsin,  Rusiya bunu bilərəkdən edir...”.