Bu necə bir sevgi?! Çakır 17 ildir ölüb, hələ də...

Süleyman Çakır ölümünün 17-ci ildönümündə də sevənləri tərəfindən anılıb. Çakır bu dəfə də “vəfat ildönümünün” qeyd edilməsiylə gündəmi zəbt etdi. “Qurdlar vadisi”nin əfsanə obrazı Süleyman Çakır 17 il əvvəl senariyə uyğun vəfat edərək filmdən ayrılmışdı. Heyrətli olan budur ki, filmdəki obrazın ölümü gerçək kimi qəbul edilmiş, izləyicilər tərəfindən uzun müddət yası saxlanmış Süleyman Çakır üçün qiyabi cənazə namazı qılınmış, qəzetlərdə vəfat elanı verilmiş, hətta “Quran” oxudulmuşdu. Bu günsə Süleman Çakır ölümünün 17-ci ildönümündə tvitter hesabı üzərindən anılıb. Çakır obrazının canlandırmış Oqtay Kaynarca (hazırda “Eşkiya dünyaya hükümdar olmaz” dizisinin baş obrazı – Xızır Çakırbəyi) sosial mediada belə bir paylaşım edib: “Bu qədər dəyərli və özlənən adam, əcəba bir yerdən çıxıb gəlsin də, bu həsrət bitsin, deyə düşünmədiyimi sanmayın. Bu şərəfi mənə yaşatdığınız üçün təşəkkür edirəm”.