Şuşanın girişindən yeni görüntülər - FOTO


Şuşa şəhərinin girişinə daha bir “Şuşa” yazısı quraşdırılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Şuşanın Xankəndi istiqamətindən girişində yeni quraşdırılan tablo işıqla təchiz olunub.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edib. 

Ərazidən lentə alınan görüntüləri təqdim edirik: