Cəlilabadda 20 yaşlı gənci elektrik cərəyanı vurub


Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Məlumata görə, yüksək gərginlikli elektrik xətti qırılaraq yaxınlıqda olan kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğlunun üzərinə düşüb. Kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə köçürülüb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.