Dünya qeyri-adi körpənin hekayəsini dinləyir

Amerikalı qadının normayı aşan ölçüdə dünyaya gələn körpəsi ilə bağlı hekayəsini paylaşdığı video sosial medianın gündəmindədir.
"Sherg.az" "Hurriyet.com"a istinadən bildirir ki, qadın 6 kiloqram 350 qram və 60 santimetdən çox olan körpəsinin doğumu barədə "TikTok" hesabında video paylaşıb.
Qadının qeysəriyyə yolu ilə dünyaya gələn ikinci övladının boyu və çəkisi diqqət çəkib. Ananın sözlərinə görə, xəstəxanada oğluna uyğun paltar tapmaqda çətinlik çəkiblər.
Sosial mediada yayılan qeyri-adi doğuş hekayəsi milyonlarla bəyənmə və şərh alıb.
--