Şimali Osetiyanın başçısı dəyişdi

Rusiya prezidenti Vladimir Putin Şimali Osetiya başçısı Vyaçeslav Bitarovun istefası ərizəsini qəbul edib. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə həmin posta müvəqqəti olaraq Sergey Menyailo təyin olunub. 
 Putin Menyailo ilə keçirdiyi videokonfransda onun tərcümeyi-halına yaxşı bələd olduğunu bildirib və uğurlar arzulayıb.