Rusiyadan sülhməramlı, yoxsa rus-tam-məramlı missiya? - "Gedəcəklər!"    

Rus sülhməramlıları Qarabağa yerləşdikləri gündən etibarən bir dəfə də olsun statuslarına uyğun davranmayıblar. Əksinə, getdikcə üzsüzləşir, arsızlaşır. İşğaldan azad etdiyimiz torpaqlarda onlar üçün şərait yaradılması isə çoxlarını narahat edir. Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi, jurnalist Elçin Alıoğlu düşünür ki, 1960 nəfər hərbçi hansısa həvəsə düşməməlidir:
"Sülhməramlıların bölgədə qalma müddətinin uzadılmayacağı barədə Rusiyaya elə indidən açıq mesaj verilməlidir.

Onların beş ildən sonra Azərbaycanı tərk etməli olacaqları xatırladılmalıdır. Yəni boşuna əlavə xərc çəkib, uzunmüddətli planlar qurmasınlar. Rusiya hərbçiləri anlaşma şərtlərini kobud şəkildə pozmaqda davam edirlər.
Onların hazırda yerinə yetirdiyi missiya sülhməramlı deyil, rus-tam-məramlıdır. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması üçün indidən çalışmaq lazımdır”.