Nadir də toysuzluqdan intihar fikrinə düşüb? -"Mənim üçün iki vur ikidir" 

"Əhvalım yaxşı deyil. Evdə oturmaqdan, işsizlikdən bezmişik. Başımız da xarab olub".
"Sherg.az" xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində paylaşdığı videoda müğənni Nadir Qafarzadə deyib. O karantin rejimindən, toyların yoxluğundan gileylənərək bunları söyləyib: 

"İndi deyərsiz ki, sən də həmkarların kimi başqa ölkəyə get. Hamımız gedəndən sonra nə olacaq? Kimsə burda qalmalıdır. Digər ölkənin də öz vətəndaşları var. Biz də onlara maneəçilik yaradırıq, kiməsə qabırğa oluruq.

Orda yaşayıb, qazananların çörəyinə bais oluruq. Belə fikirləşirəm. Bəlkə, nə vaxtsa mən də gedəcəm, amma özümü artıq hiss edəcəm. Çağırılmamış qonaq olacam. Sizdən məsləhət almaq istədim. Bəlkə intihar deyərsiz. Amma o da çıxış yolu deyil, həm də günahdır. İntihara nə var ki? İki vur ikidir.

Lakin bu günahı daşımaq və doğmalarının əziyyət çəkməsi, sonra arxandan danışanlar və sair hamısı dərddir. Təsəvvür edin ölürsüz, sizə tənə edirlər. Ona görə yuxarı tüpürsən bığdı, aşağıda da saqqal. Neyniyək, necə edək?

Bir çıxış yolu tapmaq lazımdır. Mən evdə otura bilmirəm. Evdə oturan kişilər təəccüb edirəm ki, necə kiminsə əlinə baxırlar.

Mən isə ömür boyu işləmişəm, ailə dolandırmışam. İşləmək istəyirəm. Sonu nə vaxt gələcək onu da demirlər. Artıq bəzi yerlərdə durum normallaşıb. Allah köməyimiz olsun".